Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Quran kitabları burada dəfn olunur – Video
Çap edildi
Pakistanda inanırlar ki, cırılmış və köhnə Quranları atmaq olmaz. Ölkənin qərbində yerləşən Kvetta şəhərinin yaxınlığındakı dağlarda müsəlmanların müqəddəs kitabını saxlamaq üçün onlarla tunel qazılıb.
Buraya hər gün yüzlərlə kitab gətirilir. Onları əl ilə seçirlər.
Az zədələnən kitabları yapışdırıb yenidən istifadəyə qaytarırlar.
Qalan kitablar isə tuneldəki rəflərə göndərilir.