Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Rəqs beyninizi necə möhkəm edə bilər
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Beyninizi daha böyük, sürətli və güclü etməyin üsulları var. Rəqs də ən yaxşı yollardan biridir.
O, təkcə bütün bədəninizi deyil, həm də beyninizin əksər hissəsini işlədir.
Bunlar hərəkətlərinizi tarazlaşdırıb əlaqələndirəndə, ətrafınızdakı digər rəqqasları görəndə və bədəninizin məkanda hansı mövqedə olduğunu müəyyən edəndə istifadə etdiyiniz hissələrdir.
Ardıcıllığı öyrənib yadda saxlamaqla yanaşı, həm də xüsusilə də nəsə səhv gedəndə reaksiya verməyə hazır olmaq da bura aiddir.
Və bəlkə də ən çətin məqam – həftədən-həftəyə rəqs etməyə davam etmək üçün motivasiyanı qoruyub saxlamaqdır.
Bütün bu fəaliyyət o deməkdir ki, o, digər idman növləri ilə müqayisədə beyin üçün daha faydalı ola bilər.
Video açılmırsa, Youtube kanalımızda baxın.