Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Nardaran işi: Məhkumların yaxınları danışır
Çap edildi
Bakı Ağır Cinayətlər Məhkəməsinin Nardaran işi ilə bağlı verdiyi hökmə əsasən Taleh Bağırov və Abbas Hüseynova 20, Fuad Qəhrəmanlıya 10, Rasim Cəbrayılova 17 və digər 11 nəfərə 14 il 6 ay həbs cəzası verilib.
Hökmdən sonra BBC Azərbaycancaya verdikləri şərhlərdə məhbusların yaxınları qərar barədə fikirlərini bildiriblər.