Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Tacikistan: İraqda valideynlərini itirən uşaqlar vətənə gətirilib
Çap edildi
Çərşənbə axşamı günü 80-dən artıq tacikistanlı uşaq İraqdan vətənə gətirilib.
Onların valideynləri ya İraqda həlak olub, ya da özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya üzvlük ittihamı ilə cəza çəkir.
Düşənbə aeroportunda uşaqları dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, qohum və yaxınları qarşılayıb. Onların arasında BBC müxbiri Zöhrab Ziya da olub.