Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Gürcüstanlı siyasətçilərin canlı efirdə əlbəyaxası
Çap edildi
Gürcüstan parlamentinə seçkilər ərəfəsində Kvemo Kartli bölgəsinin televiziya kanalındakı debatlara qatılan iki siyasətçi arasında mübahisə əlbəyaxa dava ilə nəticələnib.
"Topadze - Sənayeçilər, Bizim vətən” blokunun nümayəndəsi Polad Xəlilov "Demokratik hərəkat” təşkilatının üzvü Vepxviya Qurqenişvilinin təhqiramiz ifadələrindən hiddətlənərək opponentinə qələm atıb.
Bunun ardınca siyasətçilər arasında dava baş verib.
Gürcüstanda seçkilər oktaybrın 8-də keçiriləcək.