Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Rusiyalı ifaçı Avroviziya Uşaq Mahnı Müsabiqəsini qazanıb
Çap edildi
Rusiyanı təmsil edən 14 yaşlı ifaçı Polina Boquseviç "Qanadlar" adlı mahnısı ilə Gürcüstanda keçirilən Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi olub.
O, 188 bal qazanaraq birinci yerə çıxıb. Gürcüstan təmsilçisi Grigol Kipşidze 185 balla ikinci, Avstraliyanın təmsilçisi Isabella Clarke isə 172 balla üçüncü yeri tutub.
Doqquz və 14 yaşları arasında uşaqların iştirak etdiyi müsabiqə 2003-cü ildən bəri keçirilir.