Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Trump Kim-ə: Mənim düyməm səninkindən daha böyükdür
ABŞ prezidenti Donald Trump, Şimali Koreya lideri Kim Jong-un-dan daha böyük və daha güclü nüvə düyməsinə sahib olduğunu bildirib.
"Şimali Koreya lideri Kim Jong Un indicə deyib ki, "nüvə düyməsi daima masası üstündədir. Tükənmiş və ərzaq qıtlığından əziyyət çəkən rejimdən kimsə ona çatdıra bilərmi ki, mənim də nüvə düyməm var və o, daha böyük və daha güclüdür, həmdə mənim düyməm işləyir!", - Donald Trump-ın tvitində deyilir.
Cənab Trump-ın tviti liderlər arasında getdikcə daha da şəxsi çalarlar alan çəkişmə silsiləsinin növbəti nümunəsidir.
Həftənin əvvəlində Şimali Koreya lideri demişdir ki, nüvə düyməsi "həmişə masasının üstündə"dir.
Bundan əvvəl Şimali Koreya ABŞ-ı hər vaxt istifadəyə hazır olan nüvə silahı ilə hədələyib.