İsa Qəmbər: "Azərbaycan xalqının daxilində bir ədalət, bərabərlik hissi var, azadlıq istəyi var"

Çap edildi
Oxuma vaxtı: 1 dəq

Müsavat partiyasının başqanı İsa Qəmbər Azərbaycanın müstəqilliyinin 35-ci ildönümündə o vaxt şahid olduğu, iştirak etdiyi hadisələrdən danışıb.

O, BBC News Azərbaycanca-ya müsahibəsində 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən, həmin dövrdə baş verən tarixi hadisələrdən söz açıb.

Video açılmırsa, Youtube kanalımızda baxın.

İsa Qəmbər deyir ki, SSRİ-nin son rəhbəri Mixail Qorbaçov onu dağıtmaq istəmirdi, amma köhnə üsulla da ölkəni idarə etmək mümkün deyildi.

1992-ci ildə Ali Sovetin sədri olmuş İsa Qəmbər hesab edir ki, SSRi-də yaşayan bəzi xalqlar öz müstəqillikləri uğrunda mübarizə aparmasaydı, SSRİ dağılmazdı, özünü bərpa edərdi.

O hesab edir ki, Azərbaycan xalqı həmin dövrdə təkcə Qarabağ uğrunda mübarizə aparmayıb, həm də müstəqilliyi hədəf alıb.

"Xalqımız gözəl bilirdi ki, müstəqillik təkcə hədəf deyil, həm də Azərbaycanın xoşbəxt yaşaması üçün vasitədir", - o, müsahibəsində deyib.