Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Paşinyan seçki təbliğatına Azərbaycanla sərhəddən başlayıb
Nikol Paşinyan təşviqat kampaniyasının ilk günü Sünik bölgəsinin Azərbaycan sərhədi yaxınlığındakı Kornidzor kənd sakinləri ilə görüşü zamanı deyib ki, Qarabağ hərəkatı onlar üçün faciəli bir səhv idi.
"Bizim hakimiyyəti torpaq itirməkdə günahlandırırlar. Aydın demək istəyirəm: biz ərazi itirməmişik. Çünki bizə məxsus olduğuna inandırılan və bizim olduğuna inandığımız ərazilər nəinki bizə məxsus deyildi, bu ərazilərdən istifadə edilib ki, bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimizə dair mülkiyyət və mənsubiyyət hüququmuz zəifləsin, zəifləsin, zəifləsin", - Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, son bir neçə ildə keçilən yol çətin olsa da, "düzgün nəticələr çıxarmağa imkan verib".