Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Rusiya Ukraynada azı 90 min hərbçi itirib
Rusiyanın Ukraynadakı müharibəsində azı 90 min hərbçisi həlak olub, BBC-nin araşdırmasında deyilir.
Ölənlərin hər dörd nəfərindən biri müharibə başlayandan sonra müqaviləli hərbçi olub.
Ölənlərin orta yaş həddi 36 yaş olub.
Həlak olanların yarısından çoxunun müharibədən əvvəl Rusiya ordusu və ya Rusiya qvardiyası ilə əlaqəsi olmayıb.
Ölənlərin 17 faizi cəza koloniyalarından cəbhəyə aparılan məhbuslardır.
Ötən ilin oktyabrından könüllülər arasında ölüm halları kəskin və davamlı artıb.
Rəsmi Moskva 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra nə qədər hərbçi itirdiyini açıqlamayıb.
BBC bu araşdırmanı "Mediazona" nəşri və könüllülərin köməyi ilə aparıb.
Videoya Youtube kanalımızda baxın.