Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Avropa Məhkəməsi Azərbaycanı cərimələyib
Azərbaycan hökuməti Obyektiv Radio və onun təsisçilərinə 6500 avro təzminat verməlidir.
Avropa İnsan Hüquqları Məhkəməsi belə qərar çıxarıb.
Məhkəmə fevralın 18-də bildirib ki, Obyektiv Radio və onun təsisçiləri Mehman Əliyev və Emin Hüseynovun radio yayım üçün lisenziya müraciətinə imtina cavabı verilərkən ifadə azadlığı hüququ pozulub.
Alternativ radio-nun təsisçisi Rəsul Cəfərov isə məhkəmə zamanı hökumətlə "dostca razılaşma" əldə edib və şikayətini geri götürüb. Hökumət ona 3 min avro ödəməlidir.
Ərizəçilər 2010-cu ildə 103.3 FM radio tezliyi üzrə yayım lisenziyası üçün tenderə qatılıblar.
Keçmiş Milli Televiziya və Radio Şurası keçirdiyi tenderdə "Golden Prince" şirkəti qalib elan edilib.
Şirkətin sonradan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənovla bağlılığı ortaya çıxıb.
Həsənov 2014-cü ildə bunu BBC-yə özü etiraf edib.
Video açılmırsa, YouTube kanalımızda izləyin.