Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Polisin Toplum TV-də axtarışı "ölkədə repressiya dalğasının növbəti addımıdır", Xədicə İsmayıl
- Müəllif, Aygül Mehman, İlkin Həsənov
- Vəzifə, BBC News Azərbaycanca
- Çap edildi
Toplum TV internet kanalının ofisində və "əlavə digər ünvanlarda" polis 6 martda əməliyyat-axtarış tədbirləri həyata keçirib, Daxili İşlər Nazirliyindən BBC Azərbaycancaya bildiriblər.
BBC Azərbaycanca müxbirləri Toplum TV-nin ofisində axtarışların yekunlaşdığını və media qurumunun qapısının möhürləndiyini bildiriblər.
Videoya YouTube kanalımızdan baxın.