Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Yanğın baş verərsə nə etməli - təhlükəsizliyiniz təmin olunurmu?
Video açılmırsa, birbaşa YouTube-da izləyin.
Yanğın zamanı yüksək mərtəbəli binalarda insanların təxliyə edilməsi çətinliklər törədir. Çünki yanğın zamanı liftlərdən istifadə etmək olmaz.
Buna görə də, 9 mərtəbədən hündür binalarda təxliyə zamanı insanların təhlükəsiz xilas olunması üçün tüstülənməyən pilləkən qəfəsi olmalıdır.
Mütəxəssislər deyir ki, hündür mərtəbəli binalar tikilərkən bu qaydalar mütləq nəzərə alınmalıdır.
9 və daha az mərtəbəli binalar üçün isə qaydalar fərqlidir.
9 və daha az mərtəbəli binalarda ümumi istifadə edilə pilləkənlər həm də yanğından təxliyə üçün istifadə olunur.
Qaydalar var, bəs insanlar bu barədə xəbərdardırlarmı?