Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Ermənistanla sərhəd Əlibəyli kəndində nə baş verir?
Çap edildi
Oxuma vaxtı: 1 dəq
Video açılmırsa, YouTube kanalımızda izləyin.
BBC müxbiri Azərbaycanla Ermənistan arasında son qarşıdırmanın mərkəzində olan Tovuz rayonuna baş çəkib. Yerdə son vəziyyətlə tanış olan Günəl Səfərova kənd sakinləriylə söhbət edib.
Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində döyüşlərdən sonra nisbi sakitlik yaranib.
Atəşkəsin pozulmasına görə tərəflər bir-birini ittiham ediblər.
İyulun 12-də başlayan döyüşlərdə Azərbaycan 12 hərbçisini və bir mülki şəxsi, Ermənistan isə 4 hərbçisini itirdiyini açıqlayıb.