Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Kanada polisi qadın işçilərin hicab geyinməsinə icazə verib
Sadəcə atlı polis kimi tanınan Kanada Kral Atlı Polisi qadın işçilərinin hicab geyinməsinə icazə verib.
Hökumət sözçüsü Scott Bardsley bildirib ki, məqsəd, Kanadada müxtəlifliyi əks etdirmək və daha çox müsəlman qadını polis işinə cəlb etməkdir.
Kanadada enlikənar papaqları ilə məşhur olan polis uniformaları demək olar ki iki əsrdir dəyişmir.
Üç növ hicab sınaqdan keçirildikdən sonra polislər üçün münasib olanı seçilib, yerli media xəbər verir.
Montrealın La Presse qəzetinə görə, ehtiyac olarsa hicabı tez bir şəkildə çıxarmaq mümkündür və o, polisin işinə əngəl olmur.
Ölkədə sikh dinindən olan polis işçilərinin türban geyinməsinə 1990-cı ildən bəri icazə verilir.
Böyük Britaniyada isə London Metropolitan Polisi 10 ildən çoxdur ki, hicablı polislərə icazə verir.