Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
1.5 milyona yaxın müsəlman Həcc ziyarətinə başlayır
Səudiyyə Ərəbistanında 1.5 milyon müsəlman həcc ziyarətinə qatılmağa hazırlaşır.
Ötən il Məkkə yaxınlığında yaranmış basabas 2 mindən artıq zəvvarın ölümü ilə nəticələnmişdi. Ölənlər arasında çox sayda İran vətəndaşları da olub.
Hadisənin ardınca Həccin təşkilinə görə Səudiyyəni tənqid edən İran bu il vətəndaşlarının Məkkəyə getməyəcəyini bildirib.
Səudiyyə hakimiyyəti təhlükəsizlik tədbirlərini sərtləşdirməkdədir. Məkkədəki əl-Həram, yəni Böyük Məscidin ətrafında avtomobill hərəkəti yasaqlanıb.
Müxtəlif yerlərdə buraxılış məntəqələri yaradılıb, zəvvarlara şəxsi məlumatın əks olunduğu qolbağılar paylanılır.
Şənbə günü zəvvarlar əl-Həram məscidindəki ibadətdən sonra Məkkədən 5 kilometr şərqə doğru yerləşən Minaya yollanacaqlar.