Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Haiti: son 10 ilin ən güclü qasırğası gözlənilir
Haitidə Matthew qasırğasının ən çox təhlükə yaratdığı ərazilərdən əhalinin köçürülməsinə başlanıb.
Küləyin sürətinin saatda 240 kilometrə çatacağı güman edilən qasırğanın həmçinin daşqınlara səbəb olacağı deyilir.
10 ildə bir dəfə verən belə bir güclü Atlantik okeanı qasırğası Haiti və Yamaykada bazar ertəsi başlaya bilər, ABŞ Milli Qasırğa Mərkəzi bildirir.
Ən kasıb Latın Amerikası ölkəsi sayılan Haitidə əhaliyə balıqçılıq müvəqqəti qadağan edilib.
Qasırğanın, həmçinin 101 santimetr həcmində yağış gətirəcəyi güman edilir.
Matthew qasırğası çərşənbə axşamı günü Kubaya çatacaq.
Son dəfə 2007-ci ildə Felix qasırğasından sonra belə güclü təbiət hadisəsi baş verir