Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Yerusəlimdə yük maşını hücumu nəticəsində əsgərlər yaralanıb
Çap edildi
Yerusəlim şəhərində polis terrorçuluqda şübhəli bilinən şəxs yük maşınını əsgərlərin üstünə sürərək 4 adamı öldürüb, İsrail polisi deyir.
Həkimlərə əsasən 3 qadın və bir kişi həlak olub, 15 nəfər yaralanıb.
"Bu, terror hücumu idi", polis sözçüsü İsrael Radio-ya deyib.
İsrail televiziyası və radiosunda yayılan məlumatlara əsasən hadisə yerindəki əsgərlərdən bəziləri hücumçunu güllələyərək öldürüb.
Hücum Yerusəlimin Köhnə Şəhəri tərəfindəki populyar bulvarda baş verib. Ərəblər bu şəhəri Qüds adlandırır.
Hadisədən bir neçə həftə öncə Berlində baş verən yük maşını hücumu nəticəsində 12 nəfər həlak olmuşdu.