Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Misir Qətərin təyyarələrinə öz hava məkanını bağlayıb
Misir artan diplomatik gərginlik fonunda Qətərin təyyarələrinə öz hava məkanını bağlayır.
Çərşənbə axşamı Səudiyyə Ərəbistanı və Bəhreynin də eyni addımı atacağı gözlənilir.
Bir sıra ölkələr Qətəri Fars Körfəzi regionunda terrorizmə dəstək verməkdə günahlandıraraq onunla əlaqələrini kəsib.
Bəhreyn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində qətərlilərə ölkəni tərk etmək üçün iki həftə vaxt verilib.
Qətər qiyamçılara yardım etdiyini təkzib edib və xarici işlər naziri ölkələri "açıqlıq və doğruçuluq dialoqu"na çağırıb.
Misir çərşənbə axşamı Bakı vaxtilə saat 07:00-da "yeni əmrə qədər" Qətərlə hava məkanını bağlayıb.
Qətərin paytaxtı Doha hava limanı beynəlxalq reyslərdə əsas mərkəz olduğu üçün təyyarə uçuşlarda gecikmələr gözlənilir.
Bu hadisədən Qatar Airways, Etihad Airways və Emirates hava yollarının zərər çəkəcəyi gözlənilir.