Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Şahzadə Philip xəstəxanadan evinə buraxılıb
Britaniya kraliçası II Elizabeth-in əri Edinburq hersoqu, şahzadə Philip Londonun mərkəzindəki kral VII Edward adına xəstəxanadan evinə buraxılıb.
O, bundan əvvəl infeksiya xəstəliyi təhlükəsinə görə hospitala yerləşdirilmişdi.
BBC-nin məlumatına əsasən, Edinburq hersoqunun vəziyyəti "ciddi narahatlıq doğurmur."
Onun xəstəxanaya yerləşdirilməsindən sonra Buckingham sarayı tərəfindən yayılmış məlumatda Edinburq hersoqunun hospitala çərşənbə axşamı gününün axşamı çatdırıldığı qeyd olunmuşdu.
Buckingham sarayında 96 yaşlı şahzadə Philip-in yaxşı əhval-ruhiyyədə olduğu bildirilib.
Ötən şənbə günü o, kraliça ilə birgə hərbi paradda olub, çərşənbə axşamı isə Ascot cıdır yarışlarının açılışına baş çəkib.
Həmin günün axşamı o, xəstəxanaya çatdırılıb.
Hospitalda olduğuna görə, şahzadə parlamentin çərşənbə günü baş tutmuş açılışında iştirak edə bilməyib, onu parlamentdə Wales şahzadəsi əvəz edib.
Şahzadə Philip Ascot cıdır yarışlarının ikinci gününü də buraxmalı olub.