Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Kiprə görə Yunanıstandan Türkiyəyə xəbərdarlıq
Kipr danışıqları nəticə verməzsə, bu Yunanıstanla Türkiyə arasında gərginliyi artıra bilər, Yunanıstanın Baş Naziri Alexis Tsipras bildirib.
Birləşmiş Millətlər Təşkilatı iyunun 28-də onilliklər ərzində Kiprin yunan və türk sakinləri arasında münaqişə fonunda sülh razılaşması danışıqlara başlayacaq.
Baş Nazir Brüsseldə bildirib ki, "nəticələr (uğursuzluq) təkcə daha bir imkanın itməsi deyil, həmçinin Yunanıstan-Türkiyə və Avropa münasibətlərini gərginləşdirə bilər".
"Bütün bunlar nəzərə alınmalıdır", cənab Tsipras əlavə edib.
Yunanıstan və Türkiyə uzun müddətdir ki, Kipr uğrunda fikir ayrılıqları yaşayır.
Adada baş verən çevrilişdən sonra Türkiyənin işğalına məruz qalan Kipr illərdir ki, türk və yunanların ayrı-ayrı yaşadıqları etnik hissələrə bölünüb.