Şəkillərdə: Portağal döyüşləri

Gathering in the main square
Çap edildi

İtaliyanın İvrea şəhəri tarixi ənənəyə söykənən karnavala hazırlaşır. İldə bir dəfə şəhərin baş meydanına toplaşan sakinlər bir-birlərini portağal atəşinə tuturlar.

Karnaval ərəfəsində fotoqraf Andrea Capello ötən ilki bayramda çəkdiyi fotoşəkillərlə bölüşüb.

Ənənə şəhərin zalım hökmdarının idarəsinə qarşı üsyanla əlaqələndirilir. Rəvayətə əsasən, dəyirmançının qızı Violetta, toy gecəsində gəlinlərlə yatmaq hüququnu əldə etməyə iddialı hökmdarın boynunu vurur. Bundan sonra üsyana qalxan sakinlər hökmdarın qalasına od vururlar.

Karnaval tiran hökmdarın tərəfdarları ilə üsyançılar arasında mübarizə səhnələrini canlandırır.

Şəhər mərkəzindəki meydandan nəfəs və zərb musiqi alətlərini ifa edən orkestr keçir
Şəklin alt yazısı, Bayramdan əvvəl şəhər mərkəzindəki meydandan orkestr keçir
Violetta roluna yalnız nikahda olan qadın seçilə bilər
Şəklin alt yazısı, Violetta roluna yalnız nikahda olan qadın seçilə bilər
Portağal döyüşləri üç gün ərzində davam edir
Şəklin alt yazısı, Portağal döyüşləri üç gün ərzində davam edir
Oranges are thrown
Şəklin alt yazısı, Arabalar üzərində olanlar şəhərin baş meydanına doğru irəliləyən piyadaların qarşısını alır
Arabada olanlar hökmdara sadiq qüvvələrdir. Onlara qarşı vuruşanlar isə sadə sakinləri təmsil edirlər
Şəklin alt yazısı, Arabada olanlar hökmdara sadiq qüvvələrdir. Onlara qarşı vuruşanlar isə sadə sakinləri təmsil edirlər
Arabada olanlar hökmdara sadiq qüvvələrdir
Şəklin alt yazısı, Hədəfə tuşlanan dəqiq zərbələrin şadyanalığını hər iki tərəfdə görmək olar
Karnaval şəhər tarixini qoruyub saxlayan ənənə sayılır
Şəklin alt yazısı, Qızğın döyüşlərdən sonra təəssüratları ilə bölüşən tərəflər bir araya gəlir
Bruised shoulder
Şəklin alt yazısı, Döyüşlər xəsarətsiz ötüşmür
A man with an injured nose
Şəklin alt yazısı, Bəzən qanlı səhnələrə də rast gəlmək olar
Döyüşlər vaxtı 700 tondan artıq portağal istifadə olunur
Şəklin alt yazısı, Karnaval vaxtı 700 tondan artıq portağal istifadə olunur
Meydan portağal döyüşündən sonra
Şəklin alt yazısı, Bayram bitəndən sonra döyüş meydanı səliqəyə salınır, zıbil yığışdırılıb təkrar emal mərkəzlərinə təhvil verilir

Şəkillərin müəllifi: Andrea Capello.