Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
İran: baş örtüyünü çıxaran qadına 2 il həbs verilib
İranda kütləvi etiraz aksiyaları ərəfəsində Tehran şəhərində baş örtüyünü çıxararaq çubuqla yelləyən qadın iki il müddətinə azadlıqdan məhrum edilib, prokurorluq bildirib.
Tehran prokuroru Abbas Cəfəri-Dolatabadi bildirib ki, adı hələ ki, məlum olmayan qadın "mənəvi pozuntuya çağırış"da ittiham olunub.
O həmçinin deyib ki, müalicə ehtiyacları səbəbilə qadının həbsi 21 ay sonra başlayacaq.
Həmçinin oxuyun:
Bu qadın dekabr ayında İranda baş vermiş kütləvi etirazlar vaxtı sosial şəbəkələrdə paylaşılan şəkili ilə etirazların simasına çevrilmişdi.
Bundan əvvəl qadının azad edildiyi deyilirdi.
31 yaşlı qadının bir körpənin anası olduğu deyilir.
1979-cu il İran İslam İnqilabından sonra iranlı qadınlar İslam qaydalarına uyğun olaraq, saçlarını örtülü saxlamağa məcbur ediliblər.