Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Ermənistan bir nəfər azərbaycanlının Ermənistan-Azərbaycan sərhədini keçdiyini deyir
Ermənistan informasiya vasitələri bir nəfər Azərbaycan vətəndaşının Ermənistan-Azərbaycan sərhədini keçib, Ermənistan tərəfində saxlanıldığını bildiriblər.
Factor.am informasiya agentliyi, öz mənbələrinə istinadən, martın 12-də dövlət sərhədini keçən Azərbaycan vətəndaşının 47 yaşlı mülki şəxs olduğunu yazıb.
Azərbaycan Müdafiə Nazirliyinın bu məlumatla bağlı şərhini almaq hələlik mümkün olmayıb.
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) bu xəbəri təkzib etməyib, lakin bununla bağlı hər hansı məlumat verməkddən imtina edib.
News.am informasiya saytının müraciətinə cavabında MTX-dən sözügedən hadisəylə bağlı məlumatların "ilkin istintaqa dair məlumat ehtiva etdiyinə görə", "İnformasiya azadlığı haqqında" qanuna əsaslanaraq, məlumatın ictimailəşdirilməsinin qadağan olunduğunu bildiriblər.
Bu arada Factor.am agentliyi öz mənbəyinə istinadən iddia edib ki, Azərbaycan vətəndaşı cinayət məsuliyyətindən yayınmaq üçün sərhədi keçib və Ermənistan sərhədçilərinə könüllü təslim olub.