Urmiyada tibb bacılarının maaşları niyə gecikdirilir?

Videonun alt yazısı, Urmiyada tibb bacılarının maaşları niyə gecikdirilir?
Urmiyada tibb bacılarının maaşları niyə gecikdirilir?
Çap edildi

Urmiya tibb bacıları, yəni parəstarlar ödənişlərin bir ilə qədər gecikdirilməsinə etiraz edirlər.

İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində bir qrup tibb bacısı ödənişlərinin 7 aydan bir ilə qədər gecikdirildiyini bildirib.

İLNA xəbər agentliyinin məlumatına görə, bu ödənişlərə işə görə mükafatlar, yəni padaşlar, əlavə iş saatları, mənzil və geyim için verilen pullar daxildir.

Tibb bacıları bildirirlər ki, müharibə günlərində bir çox dövlət idarəsi bağlı olsa da, onlar işlərini davam etdirib və yaralılara tibbi yardım göstəriblər.

Lakin ödənişlərinin bir hissəsi hələ də verilməyib.