Erdoğanın ideoloji xətti Azərbaycana təhdiddirmi?

Videonun alt yazısı, Erdoğanın ideoloji xətti Azərbaycana təhdiddirmi?
Erdoğanın ideoloji xətti Azərbaycana təhdiddirmi?
Çap edildi

Azərbaycan-Türkiyə münasibətlərində son dövrlər müzakirə olunan ideoloji xətt və milli kimlik məsələləridir. Bunu politoloq Şahin Cəfərli BBC Azərbaycancaya müsahibəsində deyib.

Onun sözlərinə görə, hakimiyyətə yaxın Azərbaycan mediasında Prezident Rəcəb Tayyib Ərdoğanın ideologiyasının ilk dəfə açıq şəkildə Azərbaycan üçün potensial risk kimi təqdim edilməsinin diqqətçəkən məqam olduğunu deyir.

Onun fikrincə, bu yanaşma həm real narahatlıqlardan, həm də siyasi təzyq vasitəsi kimi istifadə oluna biləcək amillərdən qaynaqlana bilər. Şahin Cəfərli qeyd edir ki, Azərbaycan hakimiyyəti uzun illərdir ölkənin sovet dövründə formalaşmış milli kimliyinin qorunmasına çalışır. O hesab edir ki, bu siyasətin məqsədlərindən biri Azərbaycanın regionun böyük dövlətləri olan Türkiyə və İranın təsiri fonunda öz milli identikliyini saxlamasıdır.

Politoloq bildirir ki, Azərbaycanın xüsusilə Türkiyə ilə çox sıx inteqrasiyası uzunmüddətli perspektivdə milli kimliyin aşınması ilə bağlı narahatlıqlar yarada bilər. Onun sözlərinə görə, əhali və təsir imkanları baxımından xeyli böyük olan qonşu dövlətlər fonunda Azərbaycanın özünəməxsus milli xüsusiyyətlərini qoruması mühüm məsələ kimi qiymətləndirilir.