Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Sahibkarlara dəymiş bütün zərər "dövlət tərəfindən ödənəcək"
Çap edildi
Oxuma vaxtı: 1 dəq
Video açılmasa, YouTube-da izləyin.
Prezident Administrasiyasının nümayəndəsi Hüseyn Mövsümov Diqlas Ticarət Mərkəzində zərərçəkən sahibkarlarla görüş zamanı deyib ki, "sahibkarlara dəymiş bütün zərər dövlət tərəfindən ödənəcək".
Bakının Nizami Rayonu ərazisində yerləşən 5 mərtəbəli, yüzlərlə mağazası olan "Diqlas" ticarət mərkəzində martın 26-da yanğın baş verib.
Prezident İlham Əliyev cümə axşamı "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar müşavirə keçirib və deyib ki, "bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı, təhlükəsizlik tədbirləri gücləndirilməlidir".