Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Tovuzun Vahidli kəndində: "Qorxu tapmışıq, çörək də yemirik"
Çap edildi
Oxuma vaxtı: 1 dəq
Video açılmırsa, YouTube kanalımızda izləyin.
BBC müxbiri Azərbaycanla Ermənistan arasında son qarşıdurmanın mərkəzində olan Tovuz rayonuna baş çəkib.
Tovuz rayonunun Vahidli kənd sakini Arif Məmmədov həyətinə mərmi düşərkən onun çox yaxınlığında olub.
Mərmi onun min bir əziyyətlə heyvanları üçün topladığı ot tayasını yandırıb. Arif Məmmədov deyir ki, ot tayasına görə ona azı 1500 manat ziyan dəyib.
Onun sözlərinə görə, kəndlilər atəş səsinə o qədər öyrəşiblər ki, qarşı tərəfdən atılan mərmilərin hansı kəndə doğru getdiyini də səsindən tanıya bilirlər.