Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Fotolarda: Melania Trump-ın ilk Afrika turu
Çap edildi
ABŞ-ın Birinci xanımı Melania Trump uşaqların rifahını təmin etmək təşəbbüsü ilə təkbaşına ilk dəfə çıxdığı xarici səyahətində Qana, Malavi, Keniya və Misirə səfər edir.
Prezident Donald Trump prezident vəzifəsini 2017-ci ilin yanvarından tutandan bəri Afrikaya baş çəkməyib.
Fevral ayında onun bəzi Afrika dövlətlərinin ünvanına təhqirli söz işlətməsi gərginliyə səbəb olmuşdu.
Xanım Trump-ın bir həftəyədək çəkən səfəri yaranmış gərginliyi azaltmaq cəhdi kimi qiymətləndirilir.
Fotolar: AFP və Reuters