Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Müsəlmanlara qadağa Trump-ın saytından yoxa çıxıb
Çap edildi
Donald Trump-ın prezident olarsa yerinə yetirəcəyini vəd etdiyi əsas planlarından biri onun saytından yoxa çıxıb.
Trump seçki kampaniyası zamanı müsəlmanların ABŞ-a daxil olmasına qadağa qoymaq planını açıqlamışdı. Daha sonra isə bu plana düzəliş edərək, onu bütün müsəlmanlara yox, yalnız "terrorçu ölkələrlə əlaqəsi olanlara" aid etmişdi.
Ancaq həmin qadağa artıq onun saytından götürülüb. ABC Newsxəbər verir ki, bu qadağa noyabrın 5-dək onun saytında idi.