Əliyev və Paşinyan Dublində görüşüblər

Videonun alt yazısı, Əliyev və Paşinyan Dublində görüşüblər
Əliyev və Paşinyan Dublində görüşüblər
Çap edildi

Azərbaycan və Ermənistan liderləri Dublində görüşüb.

Görüş "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində baş tutub.

Əliyev və Nikol Paşinyan sülh prosesini müzakirə ediblər.

Bu barədə Azərbaycan Presidentinin saytı və Ermənistan Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilir ki, Tərəflər Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaları nəzərdən keçiriblər.

Görüşdə sərhədlərin delimitasiyası və etimad quruculuğu tədbirləri, o cümlədən, Nəqliyyat və tranzit əlaqələrinin inkişafı da müzakirə olunub.

Liderlər iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və elektrik şəbəkələrinin birləşdirilməsini də müzakirə ediblər.

Tərəflər regionda sülh, sabitlik və dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.