Traktorun “irqçiliyə etirazına” geniş dəstək

Videonun alt yazısı, Traktorun “irqçiliyə etirazına” geniş dəstək
Traktorun “irqçiliyə etirazına” geniş dəstək
Çap edildi

Təbrizin Traktor komandasının Mələvan Ənzəli (Malavan F.C.) ilə oyundan öncə meydanı tərk etməsi siyasət və idman çevrələrində geniş təpkilərə yol açdı.

Traktor rəqib tərəfdarların irqçi şüarlarına görə meydandan çəkildiyini bildirdi. Şüarların videoları sosial mediada yayıldı.

Nəticədə, İran Premyer Liqasının oyunu rəsmi olaraq ləğv edildi. Məsələyə Futbol Federesiyasının İntizam Komitəsində baxılacaq.