İran Azərbaycanında "siyasi fəallara basqılar artıb"
İran Azərbaycanında "siyasi fəallara basqılar artıb"
Çap edildi
Son həftələrdə İranda Azərbaycan vilayətlərində siyasi və mədəni fəalların tutulması və bəzi fəallara şallaq və sürgündə həbs kimi ağır cəzaların verilməsi ilə bağlı xəbərlər yayılıb.
İnsan haqları qrupları həbsdə olan fəalların da basqılara məruz qaldığını, bəzilərinin tibbi xidmətdən məhrum olduğunu bildirir.
İran hökuməti fəalların həbsi və siyasi məhbusların vəziyyəti ilə bağlı adətən açıqlama vermir.



