Aynur Elgünəş "təcili əməliyyat olunmalıdır"

Videonun alt yazısı, Aynur Elgünəş "təcili əməliyyat olunmalıdır"
Aynur Elgünəş "təcili əməliyyat olunmalıdır"
Çap edildi

Jurnalist Aynur Elgünəşin səhhəti günü-gündən pisləşir. Bunu onun vəkili Elçin Sadıqov bildirib.

Vəkil deyib ki, oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalisti həbsdən ev dustaqlığına buraxmayıb.

O öz Facebook hesabında yazıb ki, "Aynur Elgünəş təcili əməliyyat olunmalıdır. Təzyiqi tez-tez dəyişir, bədənində qançırlar yaranıb".

Aynur Elgünəş Meydan TV-nin baş redaktorudur.

O, 2024-cü ilin dekabrından bəri qaçaqmalçılıq ittihamı ilə həbsdədir.

Aynur Elgünəş bu ittihamı rədd edir, həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirir.

Jurnalistləri Müdafiə Komitəsi bildirib ki, Azərbaycanda azı 25 jurnalist peşə fəaliyyətinə görə həbs olunub.

Azərbaycan hakimiyyəti hesab edir ki, ölkədə mətbuat azaddır, jurnalistlərin həbsini isə qanun pozuntuları ilə izah edir.