Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Ananın diri-diri basdırdığı uşağı it tapıb xilas etdi
Hadisə ölkənin şimalındakı Ban Nong Xam kəndində baş verib.
Məlumata görə 15 yaşlı ana hamiləliyi və daha sonra dünyaya uşaq gətirdiyini valideynlərindən gizlətmək istəyirmiş.
Ping Pong adlı it yeri qazımağa başlayandan sonra onun sahibi üzə çıxan uşaq ayağını görüb.
Körpə xəstəxanaya yerləşdirilib və həkimlər onun sağlamlığına təhlükə olmadığını deyirlər.
İtin sahibi Usi Nisaikha deyir ki, Ping Pong-u maşın vurandan sonra o, ayağını çəkməyə başlayıb.
Uşağın anası təhlükədə qoyma və qətlə yetirmək cəhdi ilə bağlı maddələr üzrə məsuliyyətə cəlb olunub.
Polisə istinad edən yerli qəzetin xəbərinə əsasən, qadın əməlinə görə "peşmandır". O, hazırda psixoloq nəzarəti altındadır.
Yeni dünyaya gələn körpəyə gənc ananın valideynləri baxır.