Türkiyəli siyasi şərhçi: "Türkiyədəki Azərbaycan lobbisi də daxili siyasətə qarışır"

Videonun alt yazısı, Türkiyəli siyasi şərhçi: "Türkiyədəki Azərbaycan lobbisi də daxili siyasətə qarışır"
Türkiyəli siyasi şərhçi: "Türkiyədəki Azərbaycan lobbisi də daxili siyasətə qarışır"
Çap edildi

Türkiyəli siyasi şərhçi Aydın Sezər deyir ki, Türkiyədə Azərbaycana rəğbət çox yüksəkdir və güclü Azərbaycan lobbisinin olması ümumilikdə narazılıq doğurmur.

Onun fikrincə, problem bəzi Azərbaycan yönlü çevrələrin Türkiyənin daxili siyasi proseslərinə təsir göstərməyə çalışdığı barədə yaranan təsəvvürlə bağlıdır.

Sezər iddia edir ki, Azərbaycanın hakimiyyətə yaxın çevrələrinin AK Parti ilə yaxınlığı və seçki dövründəki fəaliyyəti Türkiyə müxalifətində narahatlıq yaradır. O, bəzi Azərbaycan siyasətçilərinin və ictimai fiqurlarının Türkiyə siyasəti ilə bağlı açıq mövqe bildirməsini buna nümunə göstərir.

Müsahib qeyd edir ki, bu məsələlər Türkiyədə müəyyən narazılıq yaratsa da, hazırkı Ankara-Bakı gərginliyinin əsas səbəbi deyil. Onun sözlərinə görə, bu ayrıca müzakirə mövzusudur və mövcud böhranı təkbaşına izah etmir.