42 milyard manat: gələn ilin büdcə xərcləri
42 000 000 000 manat - hökumət Azərbaycan büdcəsindən gələn il bu qədər xərcləməyi nəzərdə tutur.
Azərbaycan hökuməti 2027-ci ildə dövlət xərclərini artırmağı planlaşdırır. Ancaq büdcə gəlirlərində ciddi artım gözlənilmir. Nəticədə büdcə kəsirinin 3 milyard manatı ötəcəyi proqnozlaşdırılır.
"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi artıq Milli Məclisə təqdim olunub.
Layihəyə əsasən, gələn il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat olacaq.
Xərclərin isə 42 milyard 400 milyon manata çatacağı gözlənilir.
Ən böyük xərc istiqamətlərindən biri müdafiə və milli təhlükəsizlikdir. Bu sahəyə 8 milyard 800 milyon manat ayrılması planlaşdırılır.
Dövlət investisiyalarına və böyük tikinti layihələrinə 5,3 milyard manat ayrılması nəzərdə tutulur.
Büdcənin mühüm hissəsi neft gəlirlərindən asılı olaraq qalır.
2026-cı ilin ilk doqquz ayında büdcə gəlirlərinin 32,8 faizi Dövlət Neft Fondundan transfertlərin payına düşüb.
Sadə desək, büdcəyə daxil olan təxminən hər üç manatdan biri neft gəlirləri hesabına formalaşır.
Hökumət 2027-ci ilin büdcəsini neftin bir barrelinin 65 dollar olacağı hesabı ilə hazırlayıb.
Dünya bazarında oktyabrın 31-də Azərbaycan neftinin qiyməti 120 dollardan çox olub.
Görünür hökumət bu il olduğu kimi gələn il də neftin qiymətini aşağı götürüb hesablamalarda ehtiyatlı yanaşmaya üstünlük verir.
Gələn il minimum əməkhaqqının və pensiyaların nə qədər olacağı isə hələ məlum deyil. Büdcə müzakirələri başlamayıb. Ötən il bu göstəricilər artırılmamışdı.



