Əliyevlə Erdoğanın arası "əvvəlkitək olmayacaq"

Videonun alt yazısı, Əliyevlə Erdoğanın arası "əvvəlkitək olmayacaq"
Əliyevlə Erdoğanın arası "əvvəlkitək olmayacaq"
Çap edildi

Türkiyəli siyasi şərhçi Aydın Sezer BBC Azərbaycancaya müsahibəsində deyir ki, Ankara ilə Bakı arasında son gərginliyin səbəbləri ictimaiyyətin gördüyü mübahisələrdən daha dərindir.

Onun fikrincə, İsrail və hicab məsələləri münasibətlərdəki narazılığın görünən tərəfidir, lakin pərdəarxasında iqtisadiyyat, investisiyalar, enerji və təbii qaz kimi mövzular da rol oynaya bilər.

Aydın Sezerin fikrincə, münasibətlərdə yaranmış gərginlik təkcə dövlətlərarası deyil, həm də liderlərarası münasibətlərə təsir edib. O hesab edir ki, mövcud vəziyyətdə əvvəlki yaxınlığın bərpası çətin görünür.