İranda gənclər Halloween bayramını qeyd ediblər
Halloween bayramı İranda da geniş qeyd olunub.
Tehran, İsfahan, Şiraz, Urmiya və digər şəhərlərdən yayılan görüntülərdə gənclərin qorxulu geyimlərdə və makiyajlarda iştirak etdiyi göründü. Bu görüntülər sosial şəbəkələrdə geniş yayıldı.
Tehranda təhlükəsizlik qüvvələrinin halovin iştirakçılarına müdaxilə etdiyi barədə də xəbərlər yayılıb.
İran hakimiyyəti illərdir belə tədbirləri Qərb mədəniyyətinin təsiri kimi qiymətləndirir.
Həmin gün İran küçələri həm də hakimiyyətin dəstəklədiyi "Canfəda" adlı göstərilərə şahid oldu.
"Canfəda" hökumət qurumları və Bəsicin dəstəyi ilə yaradılmış kampaniyanın adıdır. Onun məqsədi İslam hökümətini müdafiə etmək üçün könüllüləri cəlb etmək və təşkilatlandırmaq idi.
Halovin bayramının kökləri qədim kelt xalqlarının, xüsusilə İrlandanın keçirilən "Samhain" mərasiminə gedib çıxır. Bu bayram hər il oktyabrın 31-də qeyd olunur. Bu gün Halovin daha çox fərqli kostyumlar və qorxulu makyajlarla tanınır.



